Boş qalan yerlərə ixtisas seçimi başlayır

  • By Günel
  • 28 Avqust 2025 08:22

Bu gündən Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.

Gununsesi.info xəbər verir ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Gununsesi.info