
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının ilk gününü bir medalla başa vurublar.
Gununsesi.info xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev üçüncü yer uğrunda qarşılaşmada litvalı Adris Yakubauskasla dueldən məğlub ayrılıb.
Daha əvvəl 50 kq çəki dərəcəsində çıxış edən Anar Quliyev bürünc mükafata sahib çıxıb.
44 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Abdullayeva və Gülşən Hüseynova əvvəlcə 1/4 finalda, sonra isə təsəlliverici dueldə məğlub olublar.
50 kq çəki dərəcəsində Rza Xəlilli və 55 kq-da Rəsul Əlizadə 1/16 finalda uduzublar.
Azərbaycanın yeniyetmə cüdoçusu Anar Quliyev (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Gununsesi.info xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Svetelin Martinovu məğlub edib.
Məhəmmədəli Hüsiyev (55 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaq.
Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici dueldə məğlub olublar.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) isə 1/16 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da başa çatacaq. Avqustun 31-də isə qarışıq komanda yarışı keçiriləcək.