Azərbaycan güləş millisi dünya üçüncüsü oldu - FOTO

  • By Günel
  • 25 Avqust 2025 09:02

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.

Gununsesi.info xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığma komanda hesabında dünya üçüncüsü olub.

Komanda həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, Azərbaycan millisinin heyətində Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram) gümüş, Fəraim Mustafayev (67 kiloqram) isə bürünc medal qazanıb.

Azərbaycan güləş millisi dünya üçüncüsü

Gununsesi.info