İran Azərbaycan vasitəsi ilə Rusiyadan qaz tədarük edəcək

  • By Günel
  • 25 Avqust 2025 08:45

İran ümid edir ki, Rusiya qazının yaxın vaxtlarda Azərbaycan üzərindən nəqlinə başlanılacaq, “Qazprom”la demək olar ki, bütün məsələlər artıq həll olunub.

 Gununsesi.info xəbər verir ki, bunu TASS-a müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Əgər bu məsələ də həll olunsa, o zaman hər şey işə düşəcək”, – o bildirib.

Gununsesi.info