Şəmkirdə dönərdən zəhərlənənlərin son vəziyyəti — 14-ü azyaşlıdır

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Gununsesi.info