Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

  • By Günel
  • 21 Avqust 2025 20:08

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

Gununsesi.info