Aztelekom: İnternet xidmətimizdə nasazlıq yoxdur

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və ya kəsintilər müşahidə olunmur.

Bu barədə Gununsesi.info-ya “Aztelekom”dan bildirilib.

Qeyd edək ki, bu gün Bakının bir sıra ərazilərinə internetin verilməsində problem yaranıb.

Gununsesi.info