Bakı metrosunda problem yarandı

Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Gununsesi.info-ya bildirilib ki, “Nizami” və “İnşaatçılar” stansiyalarının arasında xüsusi maililik var.

“Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir. Qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir. Məsələn, bir qatar “Elmlər Akademiyası” stansiyasını tərk etməmiş digər qatar “İnşaatçılar” stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü “20 Yanvar” stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür”.

Gununsesi.info