Batmaqdan xilas edilən kişi xəstəxanada öldü

  • By Günel
  • 30 İyul 2025 08:29

Mingəçevirdə yıxılaraq Kür çayına düşən 57 yaşlı kişi dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə Kür çayının Mingəçevir şəhərinin mərkəzindən keçən hissəsində baş verib.

Sahil parkı zolağında dolaşan 1969-cu il təvəllüdlü Yusifov Fikrət Hacıbala oğlu qəfildən Kür çayına yıxılıb.

FHN-nin xilasetmə qrupu batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil verib.

Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info