Çin yeni kosmik raketi orbitə buraxdı

  • By Günel
  • 29 İyul 2025 19:25

Çinin “iSpace” şirkəti “Hyperbola-1” raketini Enshi Xidu Shanquan peyki ilə uğurla orbitə buraxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Kosmik gəmi ilə daşıyıcının orbitə buraxılması iyulun 29-da Çinin şimal-qərbindəki Cyuquan kosmodromundan baş tutub.

Dörd pilləli “Hyperbola-1” raketinin uzunluğu 21 metrddir və Yerin aşağı orbitinə 300 kiloqram yük daşıya bilir.

Gununsesi.info