Yevlaxda avtomobil aşdı - 7 nəfər xəsarət aldı

  • By Günel
  • 29 İyul 2025 19:44

Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar.

Gununsesi.info xəbər verir ki, “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info