Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi

  • By Günel
  • 23 Avqust 2025 08:18

Xarici vətəndaşlar üçün Rusiya Federasiyasının elektron vizalarının etibarlılıq müddəti iki dəfə artırılaraq 120 günə çatdırılıb. Bu viza ilə ölkədə qalma müddəti də iki dəfə – 30 günə qədər yüksəldilib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, dəyişikliklər 22 avqustdan qüvvəyə minib.

İndiyədək elektron vizanın etibarlılıq müddəti 60 gün, qalma müddəti isə 16 gün idi.

Qayda yalnız birdəfəlik vizalara şamil olunur.

Gununsesi.info