Milli Qəhrəmanın oğlu bu universitetdə oxuyacaq - FOTO

  • By Günel
  • 23 Avqust 2025 08:36

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli tələbə adını qazanıb.

Gununsesi.info xəbər verir ki, o, Türkiyənin Eskişehir Osmanqazi Universitetinə qəbul olub.

Nurlan təhsilini biznesin təşkili və idarəolunması ixtisasında (türkçə: işletme) davam etdirəcək.

Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Məlumat ilk olaraq “unikal” saytı yayıb.