Çinin Londondakı səfirliyi Britaniya tərəfinin tətbiq etdiyi yeni sanksiyalara etiraz edib.
Gununsesi.info xəbər verir ki, bu barədə diplomatik missiyanın bəyanatında bildirilib:
“Bu sanksiyalar beynəlxalq hüquqda heç bir əsası olmayan birtərəfli hərəkətlərdir və Çin müəssisələrinin qanuni hüquq və maraqlarını pozur. Çin bu cür tədbirlərin qəti əleyhinədir”, – səfirlikdən qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının rəhbərliyi İrana qarşı “snapback” mexanizminin işə salındığını bəyan etmişdilər.
Şəbnəm













