Astarada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, nəqliyyat vasitəsi Astara rayonunun Ərçivan qəsəbə sakini 2008-ci il təvəllüdlü Bibixanım Əliyevanı vurub. Xəsarət alan piyada Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi xidmət göstəriləndən sonra Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.













