Uşağı hirslənib yerə çırpdı – Ölən körpənin atası danışdı - VİDEO

Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir.

Belə ki, körpənin atası Səftər Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”.

S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

Daha ətraflı Baku TV-nin süjetində:

Gununsesi.info