Əli İnsanov İlham Əliyevə məktub yazıb

  • By admin
  • 23 Dekabr 2025 14:49

HƏP sədri Əli İnsanov Prezident İlham Əliyevə doğum günü təbriki məktubu yazıb.

Gununsesi.info həmin məktubu təqdim edir:

 

Sizi, Doğum Gününüz münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm !

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımıza miras qoyduğu irsini yaşadaraq, uğurla inkişaf etdirə bilməyinizi alqışlayır və dəstəkləyirik.

Sizə, ölkəmizin dinamik inkişafı, xalqımızın yüksək rifahı və xoşbəxt gələcəyi üçün həyata keçirdiyiniz bütün işlərinizdə böyük uğurlar, özünüzə isə uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram.

 

Gununsesi.info