Ərdoğanın tarixi sözü “Tayms” meydanında - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrar etdiyi “Dünya beşdən böyükdür” sözü ABŞ-nin Nyu-York şəhərinin məşhur “Tayms” meydanında ekranlarda əks olunub.

Gununsesi.info -nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğanın 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatında (BMT) islahat çağırışı etdiyi tarixi çıxışı hələ də aktual mövzu olaraq qalır.

Ərdoğanın BMT-nin Baş Assambleyasında təkrarlanan “Daha ədalətli bir dünya mümkündür” ifadəsi Nyu-Yorkun küçə və prospektlərində ekranlarda yer alıb.

 

Gununsesi.info