“Babək”dəki qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakıda qəza tıxaca səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib.

Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.

***

NİİM-in yaydığı son məlumata görə, nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, paytaxtın Nizami rayonu, Babək prospektində “Babək” körpüsü üzərində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bildirilib ki, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chevrolet Aveo” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

NİİM bu gün səhər Babək prospektində qeydə alınan qəzanın görüntülərini yayıb.

Görüntülərdən də məlum olduğu kimi, qəza sürücünün manevr etmə qaydalarını pozması səbəbindən baş verib.

Sürücünün həlak olduğu həmin qəzanın görüntülərini təqdim edirik: