Evli olarkən alınan əmlak miras sayılırmı, yoxsa ortaq mülkdür?

Boşanmanın aktual problemləri tükənməzdir. Ən böyük məsələlərdən biri də mülk davalarıdır.

Məsələn, maraqlıdır, ər-arvad nikah zamanı mülk alıb.

Tərəflərdən biri-ər vəfat edərsə, mənzil miras olaraq bölünür, ya birgə mülkiyyət sayılır?

Gununsesi.info-ya bu barədə hüquqşünas Uğur Əliyev danışıb.

Onun sözlərinə görə, nikah dövründə alınan əmlak, birgə ailə mülkiyyəti hesab olunur:

“Ancaq ərinizin adına rəsmiləşdirilsə də, sizin də payınız var. Onun vərəsəliyə düşən hissəsi ərinizə məxsus paydır. Qalan hissə sizin öz payınızdır və mirasa daxil deyil. Əgər 50%-i sizin sayılırsa, qalan 50%-i miras olaraq uşaqlar və digər varislər arasında bölünür”.

 

Afət
Gununsesi.info