Fransa səfirliyi “Azərbaycan”ı təkzib etdi

  • By admin
  • 07 Avqust 2025 20:10

Fransanın Azərbaycandakı səfirliyi Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin səfir Anne Boillon haqqında yazdığı xəbərə təkzib verib. 
Gununsesi.info bildirir ki, səfirliyin təkzib bəyanatında yazılıb:

“Səfirliyimiz bu gün gündəlik “Azərbaycan” qəzetində dərc olunmuş və səfirimiz Anne Boillon (An Buayon) Respublika prezidenti tərəfindən məsləhətləşmələr üçün geri çağırıldığı barədə yazılan məqalədən agahdır. Bu məlumat həqiqətə uyğun deyil. Səfirimiz Fransada məzuniyyətdədir və avqustun 24-də Bakıya qayıdandan sonra fəaliyyətini davam etdirəcək. Onun geri qayıtma tarixi və ölkədə olmadığı barədə Azərbaycan hakimiyyətinə məlumat verilib. Onun növbəti missiyasının sonu Fransa diplomatik personalının adi rotasiya cədvəlinə uyğundur və “Azərbaycan” qəzeti iddia etdiyi kimi, siyasi motivlərlə bağlı deyil. Yaxşı olardı ki, saxta xəbərlərə də tətil icazəsi verilsin”.

Günay

Gununsesi.info