“Tramp Rusiyaya gəlsin” - Kadırov - VİDEO

  • By Günel
  • 07 Avqust 2025 22:31

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ prezidenti Donald Trampın Rusiyaya gəlməsini istəyir. 

Gununsesi.info xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Kadırov Rusiya və ABŞ prezidentlərinin BƏƏ-də görüşünün keçiriləcəyini istisna etməyib.

“Bizə nə mane olur? Danışıqların Rusiyada aparılması, Trampın bura gəlməsi daha yaxşı olardı, çünki Rusiya və Ukraynanın dövlət məsələsi müzakirə olunur”, – deyə Kadırov qeyd edib.

Gununsesi.info