İşəgötürən əmək müqaviləsini işçinin xəbəri olmadan ləğv edə bilərmi?

  • By Admin2
  • 14 Avqust 2025 11:31

Bəzən belə hallar olur ki, işçi işəgötürəndən ondan xəbərsiz əmək müqaviləsi ləğv olunduğu üçün şikayət edir.

Bəs bu hal doğrudurmu?

İşəgötürən əmək müqaviləsini işçinin xəbəri olmadan ləğv edə bilərmi?

Gununsesi.info bu barədə hüquqşünas Uğur Əliyevə sual ünvanlayıb.

O, bu barədə deyib:

“Xeyr. Azərbaycan Əmək Məcəlləsinə görə, əmək müqaviləsi yalnız qanunda nəzərdə tutulan əsaslarla və işçiyə yazılı xəbərdarlıq edilməklə ləğv edilə bilər. Əks halda, bu, qanunsuz işdən çıxarma sayılır”.

Afət
Gununsesi.info