“Ukraynasız heç bir qərar verilməyəcək” -ZELENSKİ

Alyaskada Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar verilməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Tramp və Putinin Alyaskadakı görüşü yalnız ABŞ və Rusiya arasında ikitərəfli münasibətlər üçün əhəmiyyətli olacaq”-deyə o, əlavə edib.

Zelenski həmçinin təsdiqləyib ki, onun iştirakı ilə liderlərin üçtərəfli görüşü planlaşdırılır, lakin tarix hələ müəyyən edilməyib.

 

Şəbnəm 

Gununsesi.info