İsgəndər Xəlilovun Moskvadakı ofisinə basqın

  • By Admin2
  • 25 İyul 2025 17:06

Son günlər Azərbaycan və Rusiya arasındakı gərginlikdən sonra, Rusiya bu ölkədə yaşayan azərbaycanlı iş adamlarını hədəfə alıb.

Gununsesi.info xəbər verir ki, son dəqiqələrdə yayılan məlumatlara görə, Rusiya xüsusi təyinatlıları məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğlunun ofisinə basqın edib.

Qeyd edək ki, axtarış Rusiyada neft məhsullarının daşınması ilə məşğul olan Railgo şirkətində aparılır.

Onlar sənədləri müsadirə edib və əməkdaşların ofisdən çıxmasına imkan verməyiblər.

Railgo şirkəti Azərbaycandan olan Rəhman Xəlilova məxsusdur.

Şirkət Qara dəniz üzərindən, o cümlədən Azərbaycandan neft məhsullarının tranziti ilə məşğuldur.

Onu da vurğulayaq ki, İsgəndər Xəlilov eyni zamanda Azərbaycan diasporunun nümayəndəsidir.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Gununsesi.info