Şillə vurmağın cəzası 500 manatdırmı?

  • By Admin2
  • 25 İyul 2025 15:31

Sirr deyil ki, müəyyən insanlar arasında kiməsə şillə vurmağın cəzasının 500 manat olduğu söhbəti var.

Bəs bu söhbət haradan qaynaqlanır?

Ümumiyyətlə, belədirmi?

Gununsesi.info-ya açıqlama verən Uğur Əliyev deyir ki, məsələ təkcə 500 manatla bitmir:

“Bu fikir, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindən qaynaqlanır. Çünki orada döyən şəxsə qarşı 500 manat cərimənin olduğu yazılıb. Ancaq həmin maddədə məhkəmənin döyən şəxsə qarşı 2 ay müddətində həbs cəzası vermək ixtiyarı da var. Bu isə inzibati xətanın xarakterindən, döyən şəxsin şəxsiyyətindən asılı olaraq, hakim ya cərimə cəzası kəsir, ya da həbs qərarı çıxardır”.

Firuzə

Gununsesi.info