
Hindistanın Rusiya neftini alması dünya bazarında qiymət artımının qarşısını almağa kömək edib.
Gununsesi.info xəbər verir ki, bunu neft və təbii qaz naziri Hardeep Puri “The Hindu” qəzetində bildirib.
O vurğulayıb ki, Hindistan beynəlxalq normaları pozmur, qiymət məhdudiyyətlərinə riayət edir və Rusiya neftini yumaqda ittiham olunmağa layiq deyil.
Puri qeyd edib ki, Rusiya neftinin idxalı G7 tərəfindən müəyyən edilmiş qiymət həddinə uyğundur və Hindistan bazarları sabitləşdirərək dünya qiymətlərini qoruyub.
İyul ayında Puri xəbərdarlıq etmişdi ki, əgər embarqo tətbiq olunsaydı, qiymət 120-130 dollar/barel səviyyəsinə qalxacaqdı.
Gülxanım