
Rusiyada sentyabrın 1-dən etibarən smartfonlara RuStore mağazası və digər yerli proqramların quraşdırılması məcburi olacaq.
Bu barədə Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir.
Federasiya Şurasının komitə sədrinin birinci müavini Artem Şeykinin sözlərinə görə, qadcet istehsalçıları bu texniki imkanları təmin etməsələr, alıcı məhsulu “keyfiyyətsiz” hesab edib geri qaytara biləcək.
Yeniliklər Apple məhsullarına da şamil olunur və Rusiya mağazalarında RuStore-u olmayan iPhone-lar artıq “qüsurlu” kimi qeyd edilir.
Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, payızdan milli Max messenceri də əvvəlcədən quraşdırılmalı proqramlar siyahısına daxil ediləcək. Dövlət bu xidməti fəal şəkildə təbliğ edir, işçiləri və məmurları ora köçürür, vətəndaşlar isə WhatsApp və Telegram bloklandığı üçün onun “təhlükəsizliyinə” əmin olmağa məcburdur.
Günay