1 sentyabr 2025-ci il tarixindən etibarən Rusiyada bir sıra repressiv qanunlar qüvvəyə minib. Onların əsas məqsədi cəmiyyət üzərində nəzarəti gücləndirmək və informasiya axınını sərt şəkildə məhdudlaşdırmaqdır.
Rəqəmsal nəzarət:
“Ekstremist materialların” (əsasən Ukrayna mənbələri nəzərdə tutulur) axtarışı qadağandır;
SIM-kartların və onlayn hesabların digər şəxslərə ötürülməsi qadağandır;
VPN-lərin reklamı və istifadəsinin təşviqi qadağan edilib;
Bütün yeni smartfonlarda “Max” messenceri (tamamilə Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir) və RuStore tətbiq mağazasının məcburi quraşdırılması tələb olunur.
Maliyyə sektoru:
Banklara məhkəmə qərarı olmadan vətəndaşların hesablarını dondurmaq səlahiyyəti verilib;
Şübhəli hesab edilən nağd əməliyyatlar avtomatik bloklanacaq.
Təhsil sektoru:
5–7-ci siniflərdə ingilis dili dərslərinin həftəlik saatı 2-ə endirilib.
Digər məhdudiyyətlər:
“Ənənəvi olmayan dəyərlər” barədə məzmunu olan filmlərə prokata icazə verilməyəcək.
Bu qanunların qüvvəyə minməsi birbaşa Rusiya-Ukrayna müharibəsinin nəticəsidir. Hazırkı mərhələdə Rusiya hakimiyyəti cəmiyyət üzərində tam nəzarəti təmin etmək üçün bütün resurslarını səfərbər etməyə məcburdur, səbəb isə bəllidir, müharibə uzandıqca onun yan təsirləri də artır:
iqtisadi çətinliklər dərinləşir;
insan itkilərinin sayı yüksəlir;
ölkə daxilində həm xarici, həm də daxili siyasətə qarşı narazılıqlar güclənir.
Hakimiyyət üçün əsas təhlükə bu narazılıqların kütləvi etirazlara çevrilməsidir. Məhz buna görə Rusiya rəhbərliyi cəmiyyət üzərində nəzarəti sərtləşdirməyə və yeni məhdudiyyətlər tətbiq etməyə məcbur qalır.

Kamran Cəfərov













