
Əfqanıstanın Əsədabad şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələ yerin10 km dərinliyində olub.
Dağıntı və təlafat barədə məlumat verilməyib.
Əfqanıstanda baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “NBC Nyus” telekanalı məlumat yayıb.
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb, 1000-ə yaxın insan isə yaralanıb.
Bu barədə RTA telekanalı məlumat yayıb.
Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.