Kim Çen In də Çindədir - Yenilənir

Şimali Koreya lideri Kim Çen In xüsusi zirehli qatarı ilə Çinə səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

Bildirilib ki, qatar sentyabrın 1-də Pxenyanı tərk edib, sentyabrın 2-nə keçən gecə isə Çinlə sərhədi keçib.

Qatarın Pekinin dəmir yolu stansiyasına çatdığı qeyd olunub.

Qeyd edək ki, Kim Çen In Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək. Bu, Şimali Koreya liderinin belə bir çoxtərəfli diplomatik tədbirdə ilk iştirakıdır.

 

Gununsesi.info