
İsrail ordusunun rəhbərləri Netanyahuya bildiriblər ki, Qəzza şəhərinin ələ keçirilməsi HƏMAS-ı məğlub etməyəcək və onun əvəzinə məhdud bir girov razılaşmasının bağlanmasını tövsiyə ediblər.
Onlar xəbərdarlıq ediblər ki, işğal bir il çəkə, çoxlu insan tələfatına səbəb ola və İsrailin beynəlxalq nüfuzuna ciddi zərər vura bilər.
Hətta bəzi Likud nazirləri Qəzzanı “İsrailin Vyetnamı”na çevrilə biləcəyini bildiriblər.