Kürdə batan var

  • By Günel
  • 21 İyul 2025 09:03

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info -ya Nazirlikdən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, batan şəxs Bərdə rayon sakini Sənan Əliyevdir.

Gununsesi.info