
İyulun 20-də Şuşa şəhərində yerləşən “Şuşa” hotelində Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təntənəli qala gecə təşkil olunub.
Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının rəhbərliyi, ölkənin aparıcı media qurumlarının rəhbərləri, xarici media qurumlarının nümayəndələri və tanınmış jurnalistlər iştirak ediblər.
Gecənin bədii hissəsində tanınmış müğənnilər, musiqi qrupları, insturmentalistlər iştirak ediblər. Tədbirin sonunda “Yallı” rəqsi nümayiş etdirilib. Rəqsə tədbir iştirakçıları da qoşulub.
Sonda Hikmət Hacıyev səhnəyə qalxaraq tədbirdə iştirak edən incəsənət xadimləri ilə görüşüb, onlara təşəkkürünü bildirib.
İyulun 19-da Prezident İlham Əliyevin iştirakı ilə forum açılış tədbiri keçirilib. İyulun 20-də Hikmət Hacıyevin giriş nitqi ilə forum davam etdirilib və panel müzakirələr olub. İyul 21-də panel müzakirələr keçiriləcək.