Laçında qətl: Qardaş qardaşı öldürdü

  • By Günel
  • 12 Avqust 2025 19:56

Avqustun 12-də Laçın rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Səfər Quliyev ov tüfəngi ilə öldürülüb.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.

Gununsesi.info