Kəlbəcərdə yük avtomobili dərəyə aşıb: ölən var

  • By Günel
  • 12 Avqust 2025 09:00

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info