
Şəki şəhərinin Baş Layısqı kəndində ümumi sahəsi 56 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.