
Ağ Evdən verilən açıqlamada, Trampın Çinə qarşı artıq qaldırılan tarifləri dayandırmağa davam edən icra sərəncamını imzaladığı açıqlandı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bəyanatda bunun ABŞ və Çin arasında ticarət balanssızlığının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinə son qoyulması, Amerika ixracatının bazara çıxışının genişləndirilməsi və milli təhlükəsizlik və iqtisadi məsələlərdə ABŞ ilə uzlaşmaq üzrə davam edən və məhsuldar müzakirələri asanlaşdırmaq üçün zəruri olduğu vurğulanıb.
İcra qərarı Çin idxalına tariflərin dayandırılmasını noyabrın 10-dək uzadıb.
ABŞ prezidenti Tramp da Truth Social hesabında “Çinə tariflərin dayandırılmasını daha 90 gün uzatan bir sərəncam imzaladım. Razılaşmanın bütün digər elementləri dəyişməz olaraq qalır” deyib.
Orxan