Orban Aİ-nin Ukrayna ilə bağlı bəyanatına qoşulmayıb

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) liderlərinin Ukrayna nizamlanmasına dair bəyanatına imza atmayıb.

Gununsesi.info -nun xarici istinadən məlumatına görə, sənəddə Aİ liderləri Ukraynanın Avropaya inteqrasiya siyasətini dəstəkləyiblər.

“Macarıstan bu bəyanata qoşulmayıb”, – notada qeyd olunur.

Qeyd edək ki, bəyanatı 26 Avropa lideri imzalayıb.

Sənəd, həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq səylərini dəstəkləyir və vurğulayır ki, “Ukraynada sülhə gedən yol Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz”.

Günay

Gununsesi.info