
Bu gün saat 18:30 radələrində Bakı-Şamaxı yolunun Nubar qəsəbəsindən keçən hissəsində baş verən qəzada xəsarət alan üç qadın Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Gununsesi.info xəbər verir ki, TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub.
Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə təcili tibbi yardım şöbəsində davam etdirilir.
***
Bakı-Şamaxı yolunun Nubar qəsəbəsindən kecən hissəsində yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, nəticədə magistral yolda böyuk tixac yaranib.
Şahidlərin bildirdiyinə gorə, yol qəzası TIR avtomobilinin sürücüsü tərəfindən törədilib.