Psixatiriya xəstəxanasında ölüm

  • By Admin2
  • 26 İyul 2025 14:17

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib.

Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir.

O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək intihara cəhd edibmiş. İlkin tibbi yardım göstərildikdən sonra yaxınları onu əsəblərinin müalicəsi üçün psixiatrik tibb müəssisəsinə gətiribmiş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info