Qazaxda əməliyyat – Qadın saxlanıldı

  • By Admin2
  • 26 İyul 2025 10:10

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, tədbir zamanı S.Qurbanova saxlanılıb.

Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.