
Gəncə şəhərində dönərxanalardan birində bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, 1988-ci il təvəllüdlü Cavid Qasımov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Onun sevgi münasibətində olduğu qadın tərəfindən bıçaqlandığı bildirilir.
Hadisənin səbəbləri və digər təfərrüatları araşdırılır.