Rusiyada maşın PUA ilə vuruldu

  • By Admin2
  • 26 İyul 2025 12:03

Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda baş verən dron hücumu nəticəsində 2 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb.

O bildirib ki, Zimovniki–Remontnoye–Elista avtomobil yolunun yaxınlığında pilotsuz uçuş aparatı avtomobili vurub və nəticədə maşın yanaraq külə dönüb.

Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir, hadisə yerində müvafiq qurumlar çalışır.