Estoniya Prezidenti BMT TŞ-də islahatların aparılmasına çağırıb

  • By Admin08
  • 25 Sentyabr 2025 08:53

Estoniya Prezidenti Alar Karis Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı təşkilatda, xüsusilə də Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.

Karis xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin Rusiyanı Ukraynaya qarşı müharibəni davam etdirdiyinə görə tənqid edib.

Gununsesi.info