İsrailli hərbçi öldürülüb

  • By Admin08
  • 25 Sentyabr 2025 08:44

Qəzzada HAMAS snayperinin açdığı atəş nəticəsində israilli hərbçi həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Həyatını itirən hərbçinin şəxsiyyəti açıqlanıb – o, Nahal briqadasının 932-ci batalyonunun 21 yaşlı hərbçisi Şimon Demalaşdır.

İlkin araşdırmaya əsasən, hərbçi ordunun düşərgəsindəki müşahidə postunda xidmət apararkən snayper atəşinə tuş gəlib.

Gununsesi.info