Rusiya Şahin Şıxlıniskini hansı ittihamla axtarışa verib?

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Interfaks” agentliyi bu barədə məlumat yayıb.

“Axtarışın səbəbi: Cinayət Məcəlləsi ilə axtarışdadır”, – Rusiya DİN-in məlumat bazasında bildirilib. Şıxlinskinin hansı cinayət maddəsi ilə axtarışa verildiyi məlum deyil.

Sverdlovsk vilayətində “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şıxlinski iyulun əvvəlində saxlanılsa da, sonradan o, sərbəst buraxılmışdı. Məlumata görə, o, əvvəlki illərdə baş vermiş qətllərlə bağlı iş üzrə şahid qismində dindirilir.

Bundan əlavə, məhkəmə qərarı ilə onun oğlu Mütvəli Şıxlinski də hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərə qarşı əməliyyat keçirib, bu zaman iki nəfər həlak olub, 10-a yaxın şəxs saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.

Gununsesi.info