Xamenei niyə bunkerdə gizlənmədi?

The Financial Times yazır ki, Xameneinin aradan götürülməsi qərarı yalnız hərbi-texniki imkanlarla deyil, ilk növbədə siyasi hesablamalarla bağlı idi.

İrana zərbə planı aylarla hazırlanıb. Lakin əməliyyatın yekun konfiqurasiyası ABŞ və İsrail kəşfiyyatının şənbə səhəri Xameneinin və yaxın çevrəsinin Tehrandakı kompleksdə olacağını təsdiqləməsindən sonra dəyişdirilib.

Hesab edilirdi ki, genişmiqyaslı münaqişə başladıqdan sonra onun zərərsizləşdirilməsi xeyli çətinləşəcək. İran tərəfi əvvəlcədən hazırlanmış evakuasiya ssenarilərini işə sala və İsrail sursatları üçün əlçatmaz olan yeraltı bunkerlərə çəkilə bilərdi.

“Хезболла”nın rəhbəri Həsən Nəsralladan fərqli olaraq, Xamenei daim yeraltında gizlənmirdi. Bununla belə, müharibə şəraitində təhlükəsizlik tədbirləri görülürdü. Mənbənin sözlərinə görə, onun bunkerdən kənarda nadir görünməsi – iki möhkəmləndirilmiş sığınacaqdan istifadə etməsi – məhz “imkan pəncərəsi” yaradıb. Çünki o, həmin bunkerlərdə olsaydı, İsrailin mövcud silahları üçün faktiki olaraq əlçatmaz qalacaqdı.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti açıq şəkildə danışıqların uzanmasından narazılıq nümayiş etdirsə də, qapalı söhbətlərdə Tehran tərəfindən verilən cavablardan məyus idi və bu amil hərbi ssenarini yaxınlaşdırıb.

İsrail tərəfi radioelektron kəşfiyyat məlumatlarına – sındırılmış müşahidə kameralarına və mobil şəbəkələrə çıxışa malik idi. Lakin həlledici üstünlük ABŞ tərəfindən əldə edilmiş agentura məlumatı olub.

Nəticədə artıq bir neçə saat havada olan İsrail aviasiyası 30-a qədər yüksək dəqiqlikli zərbə endirib. Hərbçilər hücumun vaxt seçimini də vurğulayıblar: əməliyyat səhər saatlarında həyata keçirilib və bu, İranın artırılmış döyüş hazırlığına baxmayaraq, təkrar taktiki qəfil effekt yaradıb.

 

 

Gununsesi.info