
Böyük Britaniya, Kanada və Aİ də daxil olmaqla 27 tərəfdaş Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat yayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda xüsusən anklavdakı humanitar böhran ön plana çəkilib.
“Qəzzada humanitar əzab pik həddə çatıb. Qıtlıq gözümüzün önündə baş verir. Aclığı dayandırmaq üçün təcili tədbirlər görülməlidir”, -deyə vurğulanır.
Bəyanatda o da vurğulanıb ki, humanitar yardımların çatdırılmasına imkan yaradılmalı və yardım heç vaxt siyasiləşdirilməməlidir.
Qeyd edilib ki, bütün beynəlxalq QHT-lər tərəfindən yardım çatdırılmasına icazə verilməli, bu humanitar tədbirə olan maneələr aradan qaldırılmalıdır.