Gəncədə qəza: İki qardaş xəsarət aldı

  • By Günel
  • 12 Avqust 2025 23:20

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəzada Daşkəsən rayon sakinləri, 2015-ci il təvəllüdlü Dəniz Zeynalov və onun qardaşı 2012 ci il təvəllüdlü Akşin Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyəti kafidir.

Gununsesi.info